"Azərişıq"dan "10 manat hədiyyə" AÇIQLAMASI
26 aprel 2020 19:25 (UTC +04:00)

"Azərişıq"dan "10 manat hədiyyə" AÇIQLAMASI

“Elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, bu məlumat tamamilə yanlışdır”.

Bunu APA-ya açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verərək elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edildiyini bildiriblər. Bu gün xüsusən bölgələrdə ödəniş terminallarının qarşısında smart-kartlarını yükləmək istəyən insanların növbəsi müşahidə olunub.

Xatırladaq ki, dünən gecə saatlarından qazla bağlı da smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb. “Azəriqaz” İstehsalat Birliyi bu məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17364
avatar

Oxşar yazılar